“Beynəlxalq ictimaiyyət Rusiya Federasiyasında rejim dəyişikliyinə nail olmalıdır. Əks halda, Kremlin rəhbəri Vladimir Putin qonşu ölkələrə qarşı təcavüzkar siyasətini davam etdirəcək”.
Bunu Ukrayna lideri Volodimir Zelenski Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) 50 illik yubileyinə həsr olunmuş konfransda səsləndirilib.
Zelenski Rusiyanın müharibəyə başladığını xatırladaraq bildirib ki, “onu dayandırmağa da məcbur etmək olar”.
“Əgər dünya Rusiyada rejim dəyişikliyinə can atmasa, bu o deməkdir ki, müharibə bitsə belə, Moskva yenə qonşu ölkələri sabitlikdən çıxarmağa çalışacaq”, – deyə Zelenski qeyd edib.
Zelenski əlavə edib ki, Rusiya hərbi maşını tamamilə dayandırılmalıdır. Bunun üçün isə dondurulmuş rus aktivləri – o cümlədən korrupsiya yolu ilə əldə olunmuş sərvətlər – dinc məqsədlərə yönəldilməli, Ukraynanın müdafiəsi üçün istifadə edilməlidir:“Sadəcə dondurmaq yox, bu aktivlər müsadirə olunaraq sülhə xidmət etməlidir, müharibəyə yox”.