AZ

ABŞ-də böyük qalmaqal: Gizli sənədlər....

FBI Direktoru Patel təşkilat daxilində gizli sənədlərin məhv edildiyi xüsusi otaqda, çoxsaylı imha torbalarında 2016-cı il prezident seçkilərində Donald Trampın Rusiya tərəfindən dəstəkləndiyi iddiaları ilə əlaqəli "minlərlə mühüm sənəd" tapıb.

News24.az xəbər verir ki, Mənbələrdən biri bu sənədlər arasında, keçmiş xüsusi prokuror Con Durhamın "Rusiya araşdırması" ilə bağlı əsas kəşfiyyat məlumatlarını əks etdirən gizli əlavənin də olduğunu bildirib.

İsmarıc vermək istəməyən mənbələr əlavə sənədlərin yayımlanmasının, 2016 seçkilərində Hillari Klinton tərəfdarlarının Trampın Rusiyaya bağlı olduğu iddialarını dəstəkləmək üçün ABŞ hökuməti daxilində koordinasiyalı plan aparıldığı barədə iddialara əsas verə biləcəyini vurğulayıblar.

Patel həmin sənədləri ABŞ Senatı Hüquq Komitəsinin sədri Çak Qrassliyə təqdim edib.

Gizli sənədlərin açıqlanması, Patel, CIA rəhbəri Con Ratklif, Milli Kəşfiyyat Direktoru Tulsı Gabbard və Ədliyyə naziri Pam Bondi kimi şəxslərin yaxın koordinasiyası ilə həyata keçirilir.

2017-ci ildə Rusiyanın 2016 seçkilərinə Trampın lehinə müdaxilə etdiyi iddiaları əsasında xüsusi prokuror Robert Mueller təyin edilmiş, Trump kampaniyasının fəaliyyəti uzun müddət araşdırılmışdı. Lakin təxminən 2,5 il davam edən bu araşdırmada Trumpı günahlandıracaq əsaslı sübutlar tapılmamış və iş bağlanmışdı.

Ədliyyə Nazirliyi isə Tramp dövründə Con Durhamı xüsusi prokuror təyin edərək Rusiyaya dair araşdırmaların köklərini yenidən araşdırmağa başlamışdı. Durham araşdırması zamanı iki nəfər delillərlə manipulyasiya etdiyini və Trumpı günahlandırmağa çalışdığını etiraf etmiş, Steele dosyasının isə Demokratlar tərəfindən maliyyələşdirildiyi ortaya çıxmışdı.

Xeyrənsə Piriyeva

Seçilən
39
news24.az

1Mənbələr