Bu ilin ikinci rübündə Azərbaycanda ölkə üzrə təbii qazın istehlakı 2 milyard 418 milyon 158 min kubmetr təşkil edib.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilir.
Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 684 min kubmetr və ya 6 % artıb.