Çinin paytaxtı Pekində 10 günə yaxındır davam edən şiddətli yağışların yaratdığı fəsadlardan ölənlərin sayı 44-ə çatıb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 9 nəfər itkin düşüb. Leysan 300 mindən çox sakinin həyatına mənfi təsir edib, 24 mindən çox fərdi evə ziyan dəyib.
Bundan başqa, sel və daşqın ictimai və kommersiya binalarına, əkin sahələrinə, avtomobil yollarına zərər yetirib, güclü külək kommunikasiya və elektrik xətlərini sıradan çıxarıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta