AZ

Azərbaycanın cənubunda zəlzələ olub

Bakı, 31 iyul, AZƏRTAC

Daşkəsən stansiyasından 14 kilometr şimal-qərbdə, Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, yerli vaxtla saat 14.03.37-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələ ocağı yerin 33 kilometr dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.

Seçilən
16
3
azertag.az

3Mənbələr