AZ

"Sumqayıt"ın baş məşqçisi: "Qalatasaray"da dostlarım çoxdur" - MÜSAHİBƏ

"Sumqayıt" yeni mövsümün hazırlığını Qəbələdə davam etdirir.

"Kimyaçılar"ın baş məşqçisi Saşa İliç Sportal.az saytına müsahibə verib. Serbiyalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib, komandanın hədəfləri haqda danışıb:

- Komandanın yeni mövsümə hazırlığı necə gedir?

- Məşq etmək üçün Sumqayıtda da, Qəbələdə də hər şey yüksək səviyyədədir. Hər şeydən məmnunam.

- Transferlər olacaq?

- Rəhbərliklə mütəmadi olaraq əlaqədəyik. Bəzi transferlər lazımdır. Axtarışlar davam edir. Rəhbərliklə bu barədə danışırıq.

- Neçə legionerə ehtiyacınız var?

- 12 legioner bizə bəs edəcək. Artıq rüsum ödəyib, 13-14-cünü gətirmək lazım olmayacaq.

- Bəzi komandalar 10 legioner gətirəcək və ikisini qışa saxlayacaq...

- Mənə görə 12 nəfər indidən gəlsə, daha yaxşıdır. Qışda necə olacağını bilmək olmaz. 

- Artıq komandanız yoxlama görüşlərinə çıxıb. Oyun fəlsəfənizi komandaya aşılaya bilmisiz?

- 12-15 gündür ki, buradayaıq. Nəyisə aşılamaq üçün az vaxtdır. Amma gündən-günə inkişaf etmək istəyirik. Mənə görə çempionata qədər bir şeyə nail olarıq, hazır olarıq.

- Qarşınıza hansı hədəf qoyulub?

- Mənə görə, baş məşqçi olaraq, öz hədəfim də var, yüksək yerlər uğrunda mübarizə aparmaq. Heyət formalaşmalıdır. Görəcəyik.

- Bir illik müqavilə imzalamısız. Onun hansı müsbət və mənfi tərəfi var?

- Biz bura gəlmişiksə, nəsə dəyişməyə gəlmişik. Ən azından keçən ilkindən daha yaxşı olmalıyıq. Hətta ondan da daha yaxşı hədəflərimiz var. Sumqayıt şəhəri və klubda işləyənlər üçün komandanı ən yaxşı yerlərə aparmaq istəyirik.

- Futbolçu olaraq "Qalatasaray"da oynamısınız. Azərbaycanda "Qalatasaray" azarkeşləri çoxdur. Onlara mesajınız var?

- Son illərdə "Qalatasaray" çempionluqlar qazanır. Bu mövsüm də Çempionlar Liqasında oynayacaqlar. Onlara uğurlar arzulayıram. Orada dostlarım çoxdur. Sadəcə onlara və fanatlarına uğurlar arzulayıram.

- Bu məqama görə, "Sumqayıt"a gəldikdən sonra sosial şəbəkələrdə və ya canlı olaraq, sizə xüsusi simpatiyanın olduğunu hiss edirsiz?

- Demək olar ki, heç bir problem yoxdur. Burada xoş qarşılandım. Hər şeydən məmnunam.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Seçilən
46
1
sportal.az

2Mənbələr