AZ

Alimlər yeni canlı növləri kəşf etdi

Çin Elmlər Akademiyasının (CAS) tədqiqatçıları, "Fendouzhe" sualtı gəmisi ilə Sakit Okeanın 5800-9533 metr dərinliyindəki xəndəklərə enərək, əvvəllər məlum olmayan sualtı canlılarını aşkar ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı "Siboglinid Polychaeta" və "Bivalvia" kimi növlərin yaşadığı kimyosintezə əsaslanan ekosistemlər üzə çıxıb. Tədqiqatçılar, bu dərinlikdəki canlıların yüksək təzyiqə uyğunlaşmalarının araşdırılmasının vacib olduğunu bildiriblər.

Tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Ən dərin dəniz canlısı müşahidəsi isə 2023-cü ildə Yaponiyada aparılıb.

Seçilən
22
3
manset.az

4Mənbələr