AZ

Aİİ-İran ticarət üzrə yol xəritəsi sentyabrda təsdiqlənəcək

Bu barədə ittifaqın kollegiya rəhbəri Bakıtjan Saqintayev İranın Rusiyadakı səfiri Kazım Cəlali ilə görüşündə məlumat verib. Tərəflər görüş əsnasında Avrasiya ölkələrinin iqtisadi inteqrasiyasının aktual məsələləri, Aİİ-nin beynəlxalq fəaliyyətinin prioritetləri və xüsusilə malların 90%-i üçün rüsumsuz rejimi nəzərdə tutan azad ticarət zonası haqqında tamhüquqlu saziş ətrafında müzakirələr aparıblar. Sözügedən saziş çərçivəsində Aİİ ölkələri ilə İran arasında əməkdaşlığın perspektivləri də nəzərdən keçirilib.

"Aİİ bu sazişin icrası üçün yol xəritəsinin ətraflı işlənib hazırlanmasına böyük əhəmiyyət verir. Sənədin 2025-ci ilin sentyabrında Birgə Komitənin iclasında təsdiqlənməsi planlaşdırılır. Saziş planlaşdırılan bütün qarşılıqlı fəaliyyət sahələrində koordinasiyalı inkişafa təkan verəcək",– məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az
Seçilən
35
1
azvision.az

2Mənbələr