1-ci Liqa təmsilçisi "Mingəçevir" ötənmövsümkü heyətdən qalan daha bir futbolçusu ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, 2023-cü ilin yayından "şəhərlilər"in formasını geyinən Elmin Bayramovdur.
Aran təmsilçisinin yeni baş məşqçisi Ramiz Məmmədov müqaviləsinin müddəti başa çatan 24 yaşlı müdafiəçi ilə dünən Mingəçevirdə görüşərək onu komandasında görmək istədiyini deyib. Daha öncə 2-ci Liqa klubu "Quba" ilə danışıq aparan "60 nömrə" təklifi qəbul edib. Elminin yeni sözləşməsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Sözügedən klub mövsüm yekunlaşandan sonra komandanı elitada saxlayan baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.
Mirağa