"Rusiya Belarusun təhlükəsizliyinin qarantıdır".
Missiya.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, Rusiya 2020-ci ildə təhlükə dövründə Belarusa “çiyin verdi”. "Bu gün nə baş verəcəyini təsəvvür etmək çox çətindir. Biz yəqin ki, artıq Qərbdə NATO bloku ilə üz-üzə olardıq, ona görə də Rusiya bizim üçün təhlükəsizliyin təminatçısıdır.
O vurğulayıb ki, bizim üçün rus xalqından daha yaxın heç kim yoxdur və ola da bilməz. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Nurlana ƏhmədovaMissiya.Az