AZ

SOCAR neft və qaz emalını azaldıb

Bakı. Trend:

Cari ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çoxqaz emal edilib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə şirkəttərəfindən neft emalı 3,5 min ton və ya 0,2%, qaz emalı isə 95,6milyon kubmetr və yaxud 11,1% azalıb.

Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrindəistehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimyaməhsulları xarici bazarlara ixrac edilib ki, bu da ötən ilin eynidövründəki göstərici ilə müqayisədə 89,2 min ton və ya 13,5% azalmademəkdir.

Seçilən
26
2
az.trend.az

3Mənbələr