AZ

Dilimizin qorunması və inkişafı dövlət siyasətində prioritetdir

1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunması ana dilinin rəmzi və simvolik əhəmiyyətini cəmiyyətə bir daha xatırladır. Bu gün dilə diqqət ayırmaq, yeni nəslə milli kimliyi aşılayan tədbirlər keçirmək və dilin saflığını qorumaq üçün ideal fürsətdir. Prezident İlham Əliyev bu ənənəni Ümummilli Lider Heydər Əliyevin irsinin davamı kimi dəyərləndirir və bu günün ölkə miqyasında qeyd olunmasının əhəmiyyətini daim vurğulayır. Azərbaycan dilinin qorunması və inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə aparılır. Dilimizin zənginliyi, tarixi dəyəri və funksional genişliyi bu gün Azərbaycan cəmiyyətinin inkişafı ilə paralel şəkildə genişlənir. Dövlətin başçısı olaraq Prezident İlham Əliyev bu sahəyə strateji yanaşır və hər kəsi bu dəyərlərə sahib çıxmağa çağırır. Ana dilimiz milli kimliyimizin ifadəsi, dövlət müstəqilliyimizin dayağı, mədəni irsimizin daşıyıcısı olaraq bizim üçün müqəddəsdir. Onu qorumaq hər bir azərbaycanlının mənəvi borcudur.

Azərbaycan dilinin və əlifbasının qorunması, inkişaf etdirilməsi xalqımızın milli kimliyinin əsas sütunlarından biridir. Hər il 1 avqust tarixində qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yalnız dil bayramı deyil, eyni zamanda milli birliyin, mədəni irsin və dövlətçilik ənənələrinin təntənəsidir.

Bu günün təsis olunması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşmişdir. O, Azərbaycan dilini xalqın milli sərvəti kimi qiymətləndirir, onun saflığının qorunmasını dövlətin ideoloji prioritetlərindən biri hesab edirdi. Məhz onun təşəbbüsü ilə 2001-ci ildən etibarən ölkədə rəsmi olaraq latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdı. Bu qərar, müstəqil Azərbaycanın öz mədəni köklərinə və türk dünyasına inteqrasiyasına doğru atılmış strateji addım idi.

Əlifba təkcə texniki yazı vasitəsi deyil, həm də xalqın tarixinin, düşüncə tərzinin və mədəniyyətinin göstəricisidir. Əlifbanın dəyişməsi həm də milli şüurun formalaşmasında dönüş nöqtəsi deməkdir. Azərbaycanın latın qrafikasına keçidi yalnız texniki dəyişiklik olmayıb, milli dirçəlişin, müstəqilliyin və qlobal dünyada öz simasını qorumağın təzahürüdür.

Prezident İlham Əliyevin və Ümummilli Lider Heydər Əliyevin çıxışlarında dəfələrlə vurğulandığı kimi, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli kimlik, mədəni irs və dövlət müstəqilliyinin rəmzidir. Prezidentin 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayında söylədiyi “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri bu məsələyə verilən yüksək dəyəri tam əks etdirir. Bu sözlər sübut edir ki, ana dili olmadan nə millət, nə dövlət, nə də mədəniyyət davamlı ola bilər.

Azərbaycan Dili Günü isə hər bir vətəndaşı ana dilinə daha böyük sevgi və məsuliyyətlə yanaşmağa səsləyir. Bu gün məktəblərdə, universitetlərdə, mədəniyyət ocaqlarında dilimizin tarixi, inkişaf mərhələləri və zənginlikləri ilə bağlı tədbirlər təşkil olunur. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, düşüncə tərzinin və mənəvi dəyərlərin daşıyıcısıdır.

Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə dilin strateji əhəmiyyətini vurğulayaraq bildirib: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur… Biz dilimizin saflığını qorumalıyıq.” Bu yanaşma dilin sadəcə mühafizəsi deyil, həm də müasir texnologiyalar dövründə onun funksionallığının artırılması, elmi-texniki terminlərin yaradılması, gənc nəsildə dilə sevgi aşılanması deməkdir.

Beləliklə, 1 Avqust – Azərbaycan Əlifbası və Dili Günü, hər bir azərbaycanlının milli kimliyinə, ana dilinə və dövlətinə olan bağlılığını bir daha təsdiqlədiyi xüsusi gündür. Bu günün qeyd olunması, dilimizin qorunması və inkişafına yönəlmiş dövlət siyasətinin mühüm hissəsidir.

Cavanşir Əliyev,
YAP Xətai rayon təşkilatının fəalı

Seçilən
6
ikisahil.az

1Mənbələr