AZ

İqtisadçı: AMB-nin qərarı kreditə çıxış imkanlarını müəyyən qədər məhdudlaşdırır, ancaq...

Bank sistemi artan risqlər qarşısında özünü qorumağa çalışır

Mərkəzi Bankın (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, borcalanın zərəri hesablanarkən onun faiz, vergi və amortizasiya xərcləri nəzərə alınmayacaq. Başqa sözlə, borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə onun faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət göstəricisinin onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması nəzərə alınacaq.
Bundan başqa, yüksək keyfiyyətli qiymətli kağızlara AMB-nin buraxdığı qiymətli kağızlarla eyni kredit reytinqinə malik çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlar da aid edilib.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə Sherg.az-a bildirib ki, bu onu göstərir ki, bank sistemi verdiyi borcların qaytarılmasını daha çox təminat altına almaq istəyir:

“Bu qərardan həm də o qənaətə gəlmək olur ki, iqtisadiyyatda risqlər artır. Bank sistemi isə artan risqlər qarşısında özünü bundan qorumağa çalışır. Qərar şübhəsiz ki, kreditə çıxış imkanlarını müəyyən qədər məhdudlaşdırır, ancaq bankların da risqlərdən yayınma imkanlarını atırır. onu da nəzərə almalıyıq ki, iqtisadiyyatda rentabellik səviyyəsi aşağı düşdükdə sadəcə bank sisteminin borclanma imkanlarını daha da məhdudlaşdırması iqtisadiyyat üçün çıxış yolu deyil. Məsələyə kompleks yanaşma olmalıdır. Yəni iqtisadiyyatda risqlilik səviyyəsinin aşağı düşməsinə xidmət edən başqa iqtisadi və institutsional addımlar atılmalıdır”.
Seçilən
7
sherg.az

1Mənbələr