2025-ci ilin ilk yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrə turizm məqsədilə səfərlərinin ümumi sayı 601 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% azalma deməkdir.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ən çox səfər edilən ölkə Türkiyə olub – 216,619 nəfər, bu isə ötən illə müqayisədə 3.4% azalma deməkdir. Rusiyaya səfərlər 32.4% azalaraq 108,762 nəfərə düşüb. Əvəzində BƏƏ (14.7%), Gürcüstan (34.5%), Misir (120.6%) və İsrailə (332.5%) səfərlərdə əhəmiyyətli artımlar qeydə alınıb.
Ən kəskin azalma isə İraqa (-76.5%) və İsveçrəyə (-45%) səfərlərdə müşahidə olunub.