AZ

İlon Maskın super raketi uçuşa hazırlanır - Fotolar

İlon

"SpaceX" şirkətinin baş direktoru İlon Mask sosial şəbəkə hesabında yeni paylaşım edib. Amerikalı milyarder "Starship V3" nəqliyyat sisteminin son versiyasının cari ilin sonuna qədər ilk uçuşuna çıxacağını bildirib.

Reyting.az
xəbər verir ki, üçüncü nəsil "Starship" sisteminin ümumi hündürlüyü 150 metrə çatacaq.

Mask qeyd edib ki, bu versiyada da, ikinci versiyada olduğu kimi, uğurla sınaqdan keçirilən və özünü təsdiq edən super güclü "Raptor V3" mühərriklərindən istifadə olunacaq.

Baş direktorun gözləntisinə görə, "Ship 37", eləcə də "Ship 38" ikinci nəsil prototiplərin müasir, son nümunələrinə çevriləcək.

Hazırda "SpaceX" mühəndisləri "Ship 37"-ni yaxın vaxtlarda keçiriləcək statik yanğın sınaqları üçün hazırlayırlar. Sonuncu nümunə kimi "Ship 37" sınaq uçuşuna göndəriləcək onuncu gəmi olacaq. Bundan əvvəl İ. Mask bu uçuşun avqustun əvvəlində baş tutacağını vəd etsə də, mütəxəssislər bu prosesin bəyan edilən müddətdən uzun çəkəcəyi barədə məlumat vermişdilər.




Oqtay QORÇU
Seçilən
10
reyting.az

1Mənbələr