AZ

Kondisioner gözlərinizi quruda bilər 

"Yay aylarında görmə qabiliyyəti daha çox gərginlik yaşayır. İsti havalar, kondisionerlərin səbəb olduğu quru hava və uzun müddət monitor qarşısında qalmaq göz yorğunluğunun əlamətlərini artırır".

Ölkə.az "izvestiya"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq Anna Solovey danışıb.

“Yay aylarında xüsusilə uzun müddət kompüter qarşısında işləyənlərdə gözlər əlavə yüklənməyə məruz qalır. İstilik bizi kondisionerlərdən aktiv istifadə etməyə məcbur edir. Bu da havadakı rütubəti azaldır, nəticədə gözün yaş qatının buxarlanmasına, quruluğa, yanma və ‘qum hissi’ kimi narahatlıqlara səbəb olur”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, belə hallarda nəmləndirici damcılar təyin oluna bilər, lakin onların istifadəsi yalnız həkim tövsiyəsi ilə olmalıdır. Həmin damcıların iş yoldaşları ilə paylaşılması qətiyyən yolverilməzdir, çünki bu, kollektivdə infeksiyaların yayılmasına səbəb ola bilər:

“Hər hansı quruluq və ya yanma hiss etdiyiniz zaman yalnız simptomları aradan qaldıran müalicəyə güvənmək düzgün deyil. Bu əlamətlər oftalmoloji problemlərlə bağlı da ola bilər, ona görə mütəxəssisə müraciət etmək daha məqsədəuyğundur”.

Kondisionerlərin vaxtında təmizlənməməsi onları zərərli mikroorqanizmlərin və tozun mənbəyinə çevirə bilər. Bu isə gözlərdə iltihabi prosesləri gücləndirir. Buna görə həkim gözlər üçün müntəzəm məşqlər etməyi tövsiyə edib. Məsələn, göz qırpmaq və gözlərlə müxtəlif həndəsi fiqurlar üzrə hərəkətlər etmək kimi sadə üsullar göz yorğunluğunu azalda bilər.

Həmidə İbrahimova

Seçilən
52
28
olke.az

10Mənbələr