AZ

Zəlzələ ilə bağlı HƏYƏCAN TƏBİLİ çalınır: 3 ölkə hərəkətə keçdi, Bakı üçün KRİTİK TƏHLÜKƏ

Son günlər regionda yeraltı təkanların intensivləşməsi müşahidə olunur. Dünən Rusiyanın Uzaq Şərqində – Kamçatka yarımadası yaxınlığında 8,7 bal gücündə baş verən güclü zəlzələdən sonra bu gün Azərbaycanda da iki zəlzələ qeydə alınıb. Təkanlar Kəlbəcər və Lənkəran-Lerik zonasında hiss olunub. Mütəxəssislər seysmik aktivliyin artmasının səbəblərini araşdırır və vəziyyəti nəzarətdə saxlayırlar.

Mövzu ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun Seysmologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Ənvər Əliyev News24.az-a açıqlamasında bildirib ki, Kamçatka və ətraf ərazilər dünyada seysmik baxımdan ən aktiv bölgələrdən biridir:

“Dünyanın ən aktiv zəlzələ zonalarından biri Sakit okeanın qərb sahilidir. Kamçatka da məhz həmin ərazidə yerləşir və orada zəlzələlərin baş verməsi normal hal sayılır. Təbii ki, 8,7 bal gücündə bir zəlzələ olduqca güclüdür və narahatlıq yaradır. Amma bu zəlzələnin Azərbaycana birbaşa təsiri yoxdur. Baş vermiş güclü zəlzələ ilə bağlı bir çox ölkələrdə - Rusiya, Peru və Yaponiyada sunami təhlekəsi elan edilib”.

Ənvər Əliyev əlavə edib ki, Kamçatka Avrasiya materikinin şimal-şərqində yerləşir və həmin ərazidə çoxsaylı vulkanlar və tektonik qırılma xətləri mövcuddur:

“Həmin zonada vulkanlar aktivdir və zəlzələlərin dərinliklərdə baş verməsi bu gərginliyin təzahürüdür. Azərbaycanla bu zəlzələnin arasında tektonik baxımdan birbaşa əlaqə yoxdur. Azərbaycanda isə hazırda güclü zəlzələ ehtimalı zəif qiymətləndirilir”.

Bununla belə, mütəxəssis xatırladıb ki, Azərbaycan seysmik cəhətdən aktiv bölgədə yerləşir və burada zaman-zaman müxtəlif gücdə zəlzələlər baş verir:

“Ölkəmizdə güclü zəlzələnin baş vermə ehtimalı aşağıdır, lakin bu o demək deyil ki, təhlükə tam istisnadır. Yeraltı proseslər daim müşahidə altında saxlanılır. Ən vacibi isə odur ki, zəlzələnin harada və nə zaman baş verəcəyini əvvəlcədən dəqiq demək elm üçün hələ ki, mümkün deyil”.

Aqil Qarayev

Seçilən
100
5
news24.az

6Mənbələr