AZ

“Qarabağ”dan danışmışdı, indi isə…

Rumıniyanın FCSB klubunun sahibi Gigi Bekali Çempionlar Liqasında “Şkendiya”ya məğlub olduqları II təsnifat mərhələsinin cavab matçından sonra açıqlama verib.

Futbolpress.az xəbər verir ki, görüşdən əvvəl rahat qələbələrinə ümid edən və növbəti mərhələdə “Qarabağ”ı darmadağın edəcəklərini deyərək iddialı danışan mütəxəssis turnirlə vidalaşmaları haqda bunları deyib:

“Böyük biabırçılıqdır. Aşağı səviyyəli komandaya iki dəfə məğlub olmaq… Bir dəfə olsa, qəzadır, amma ikinci dəfə yox. Rumıniya futbolunun ən böyük biabırçı nəticəsidir. 25 ildir, futboldayam, amma indiyə qədər belə şey görməmişəm. Komandamdan artıq böyük gözləntilərim yoxdur”.

“Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab matçı isə 12-də Bakıda olacaq.

Seçilən
13
futbolpress.az

1Mənbələr