AZ

Rusiyada miqrantlar üçün yeni rüsumlar tətbiq olunur – Ödənişlər kəskin artırıldı

Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan miqrantlar və avtomobil sahiblərinə yönəlmiş yeni rüsumlarla bağlı qanunu imzalayıb.
Ulusal.az xəbər verir ki, yeni qanunvericilik 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək və həm mövcud ödənişlərin artırılmasını, həm də əlavə rüsumların tətbiqini nəzərdə tutur.

Ən ciddi dəyişikliklər isə miqrantlarla bağlıdır. Rusiya ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbilər üçün aşağıdakı rüsumlar müəyyən edilib:

Yerləşdikləri yerdə uçota alınma – 500 rubl

Müvəqqəti yaşama müddətinin uzadılması – 1 000 rubl

Daimi yaşayış üzrə qeydiyyat – 1 000 rubl (əvvəlki məbləğ: 420 rubl)

Əmək patenti alma və ya yeniləmə – 4 200 rubl

İş icazəsinin müddətini uzatmaq – 4 200 rubl

İş icazəsinin surətini və ya məlumatlarını dəyişmək – 2 100 rubl

Patent sənədinin surətini almaq və ya dəyişmək – 2 100 rubl

Yeni qanun Rusiyada yaşayan milyonlarla miqrantı, eləcə də ölkədə müvəqqəti çalışan əmək miqrantlarını birbaşa əhatə edir. Ekspertlərin qənaətinə görə, bu dəyişikliklər miqrantların sosial və iqtisadi vəziyyətinə ciddi təsir göstərəcək.

Qanun 2025-ci il 1 sentyabr tarixindən qüvvəyə minəcək.

Seçilən
4
moderator.az

1Mənbələr