AZ

Mərkəzi Bank “Mpay” və “PulPal”aicrası məcburi göstərişllər verdi

Mərkəzi Bank “Mpay” QSC-yə və “PulPal” MMC-yə təshih tədbirlərinin tətbiq edilməsi barədə məlumatlar yıyıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-yə aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi məqsədilə icrası məcburi göstərişlər verilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Mpay” QSC-də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilmişdir.

 

Seçilən
26
18
marja.az

10Mənbələr