AZ

Əhmədabad, yoxsa Qoa - Azərbaycan şahmatçıları harada Dünya kubokunda mübarizə aparacaqlar?

Hindistan Şahmat Federasiyası azərbaycanlı qrossmeysterlərin də iştirak edəcəyi Dünya kubokunun keçiriləcəyi yer barədə hələ də yekun qərar verməyib.

İdman.biz xəbər verir ki, bir neçə gün əvvəl FIDE Şurası Dünya kubokunun Hindistanda baş tutacağını rəsmən təsdiqləyib.

Turnir 31 oktyabr - 27 noyabr tarixlərində keçiriləcək. Amma yarışın konkret olaraq hansı bölgədə təşkil olunacağı hələlik bəlli deyil.

"The Times of India" nəşrinin məlumatına əsasən, hazırda Əhmədabad və Qoa əsas namizədlər kimi müzakirə olunur. Lakin bu seçimlə bağlı yekun qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, Dünya kuboku şahmat üzrə dünya çempionluğu dövünün bir hissəsidir. Burada ilk üç yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Azərbaycanı təmsil edəcək Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmədzadə yarışa vəsiqəni təsnifat yarışları əsasında əldə ediblər. Nicat Abbasov isə son Dünya kubokunun yarımfinalçısı kimi turnirdə iştirak hüququna malikdir.

Turnirdə eyni zamanda dünyanın aparıcı reytinqli şahmatçıları da çıxış edəcəklər. Onların arasında Şəhriyar Məmmədyarovun da olacağı gözlənilir. Bu səbəbdən Azərbaycanı təmsil edəcək şahmatçıların dəqiq sayı yaxın vaxtlarda məlum olacaq.

İdman.biz

Məqalədə:
Seçilən
19
idman.biz

1Mənbələr