AZ

Covanni Simeone A Seriyasında klubunu dəyişə bilər

"Napoli"nin hücumçusu Covanni Simeone "Torino"nun transfer hədəfinə çevrilib.

90deqiqe.Az-ın məlumatına görə, "Torino" rəhbərliyi argentinalını hücum xəttini gücləndirməyə əsas namizəd hesab edir. "Napoli" Simeoneni 7-8 milyon avroya buraxmağa hazırdır. Futbolçu özü yaxın gələcəkdə gələcək karyerası ilə bağlı qərar verməlidir.

Məşhur məşqçi Dieqo Simeonenin oğlu 2023-cü ildən "Napoli"nin rənglərini qoruyur. Ötən mövsüm 30 yaşlı hücumçu 33 dəfə meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə verib. Simeonenin hazırkı müqaviləsi bir ildən sonra başa çatır.

Seçilən
10
90deqiqe.az

1Mənbələr