AZ

"Kimə nə hədiyyə alım?" - Azərbaycanlı gənclərin startapı ABŞ bazarında istifadəyə verildi

Azərbaycanlı gənclər "Kimə nə hədiyyə alım?" sualına son qoyacaq startap təqdim edib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, təsisçiləri Fərid Məhərrəmli və Elçin Nağıyev olan "Giftarex" adlanan yeni startap ABŞ bazarında istifadəyə verilib.

Bu startap istifadəçidən cəmi 7 addımda məlumat alaraq, 60 saniyə ərzində AI modelləri əsasında fərdiləşdirilmiş hədiyyə təklifləri yaradır. Seçimlər yaş, münasibət, maraqlar və büdcəyə uyğun şəkildə avtomatik təqdim olunur.

Startapın təsisçilərindən biri olan Fərid Məhərrəmli bildirib ki, insanlar hər zaman sevdiklərinə doğru hədiyyəni tapmaqda çətinlik çəkiblər. Biz bu prosesi həm emosional, həm də texnoloji baxımdan sadələşdirmək istədik.

İdeanın üzərində 2023-cü ildən işləməyə başlasalar da, müxtəlif səbəblərdən təqdim etmə prosesi uzanıb. Platforma ilkin mərhələdə ABŞ bazarında istifadəyə verilib, yaxın aylarda digər ölkələrdə də aktivləşdirilməsi planlaşdırılır.

RUMİ

Seçilən
22
valyuta.az

1Mənbələr