AzVision.az xəbər verir ki, o cümlədən Ukraynanın xalq deputatı Maryana Bezuqlaya da bu barədə məlumat yayıb.
Ukrayna Silahlı qüvvələrinin (USQ) məlumatına görə, bunlar Ukrayna ordusunda şəxsi heyətin azlığından və əhalinin məskunlaşdığı əraziyə girmək üçün davamlı müdafiə xəttinin olmamasından istifadə edən kiçik piyada birləşmələridir. Əvvəllər belə qruplar DRQ (təxribat və kəşfiyyat qrupları) kimi təyin qiymətlənidirlirdi. İndi isə Ukrayna tərəfi faktiki bunların Rusiya qoşunlarının sıravi piyadaları olduğunu etiraf edib.
“Rus qoşunları Pokrovskın çox dərinliyinə girirlər. Qruplardan biri bazar ərazisində aşkarlanıb, bizim qırıcılarımız Rusiya mövqelərini hədəfə alıblar. Bununla belə, şəhərdə saylarının çox olmasına baxmayaraq,rusların burada faktiki nəzarəti yoxdur”, - çağırış ləqəbi “Muçnoy” olan ukraynalı hərbçi iddia edir.
Rusiyanın Teleqram-kanalları, öz növbəsində,Rusiya ordusunun ayrı-ayrı qruplarının şəhərin mərkəzinə çatdığını bildirirlər. Buna cavab olaraq, rusların irəliləyişini dayandırmaq üçün Ukrayna ordusu bura ehtiyat qüvvələr atır.
Eyni zamanda, cinahlarda da vəziyyət pisləşir. Rusiya qüvvələri Rodinskoye və Biletskoye, həmçinin Dobropolye istiqamətində irəliləyir ki, bu da Pokrovskdakı Ukrayna qrupunun təchizatını çətinləşdirir. Ukraynanın könüllü təşkilatlarının dediyinə görə, şəhərə gedən beş maşından 2-3-üvurulur. Bununla yanaşı, qərb istiqamətindən təchizatı təmin edən Pavloqrad yolu daim atəş altındadır.
Üstəlik, bu ilin yazında Ukraynanın əks-hücumlarına baxmayaraq, Rusiya ordusu şəhərin qərbindəki Kotlino və Udaçnı bölgəsində platsdarmı saxlayıb. Oradan hücum başlasa, rus qoşunları Pokrovsk-Dnepr yolu istiqamətində hücuma keçərək şəhəri tamamilə mühasirəyə almaqla hədələyə bilər.
- Ruslar Rodinskoye nəzarətini ələ keçirsələr, Pokrovska girişləri faktiki olaraq bağlayacaqlar. Onların daha da irəliləməsi halında, Pokrovsk qruplaşması operativ şəkildə mühasirəyə alına bilər ki, bu da onun əldə saxlanmasına təhlükə yaradacaq”, - hərbi ekspertlər vurğulayırlar.
Onların fikrincə, bu, Ukrayna qüvvələrinin keçən il uzun sürən döyüşlərdən və ağır itkilərdən sonra geri çəkilmək məcburiyyətində qaldığı Baxmutdakı vəziyyətə oxşar olacaq.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta