AZ

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu gücləndirir - Azər Qarayev

Bakı. Trend:

Dünyada dəyişən enerji düzəni fonunda Azərbaycan Avrasiyaməkanında əsas enerji və tranzit mərkəzlərindən birinəçevrilməkdədir. Sanksiyaların gücləndiyi, geosiyasi risklərinartdığı və alternativ enerji mənbələrinə keçidin sürətləndiyi birşəraitdə Mərkəzi Asiya ölkələri öz enerji ixracatının sabitliyinitəmin etmək üçün Bakıya üz tuturlar.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Müasir nəqliyyat və enerji infrastrukturu, əlverişli coğrafimövqe və daxili sabitliyi ilə Azərbaycan enerji resursları iləzəngin Şərqlə enerji asılılığı olan Qərb arasında strateji körpürolunu oynayır. Bu səbəbdən Qazaxıstan, Özbəkistan və həttaTürkmənistan Bakını Avropaya açılan əsas qapı kimi görür.

2025-ci ildən etibarən Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neftkəməri vasitəsilə neft ixracını 1,5 milyon tondan 1,7 milyon tonaçatdırmağı planlaşdırır. Bu qərar rəsmi şəkildə Qazaxıstan hökumətitərəfindən təsdiqlənib və Azərbaycanda da müsbət qarşılanıb. BTCCənubi Qafqazdan Avropaya neftin nəqlində ən etibarlı və sınaqdankeçmiş marşrutlardan biridir. Bu artım Rusiyadan keçən marşrutlarlabağlı risklərin fonunda olduqca məntiqli addımdır. Qazaxıstanyalnız bir nəql yolundan asılı olmaq istəmir və alternativləraxtarır. BTC isə texniki baxımdan modernləşdirilmiş və geosiyasicəhətdən neytral bir seçimdir", - o bildirib.

Eyni zamanda, A.Qarayev qeyd edib ki, Azərbaycan, Qazaxıstan vəÖzbəkistan arasında “yaşıl enerji”nin Avropaya ixracı sahəsindəüçtərəfli əməkdaşlıq regionda perspektivli tərəfdaşlığın mühümistiqamətlərindən birinə çevrilib.

"Bu təşəbbüs çərçivəsində tərəflər günəş və küləkstansiyalarında istehsal olunan bərpa olunan enerji mənbələrindənəldə edilən elektrik enerjisinin istehsalı, yığılması və daşınmasısahəsində səylərini əlaqələndirmək barədə razılığa gəliblər. Buenerjinin Avropa bazarlarına çıxışı Azərbaycanın ərazisindənkeçməklə həyata keçiriləcək. Azərbaycan burada yalnız tranzit ölkəkimi deyil, həm də layihənin fəal iştirakçısı kimi çıxış edir –enerji qəbul və ötürmə infrastrukturu, eləcə də, yerli bərpa olunanenerji inkişaf proqramı ilə bu prosesdə mühüm rol oynayır.

Bu layihədə Azərbaycan mərkəzi rol oynayır – enerji axınınınəsas hissəsi onun ərazisindən keçəcək, eyni zamanda, ölkədaxilindəki enerji infrastrukturunun imkanları bu axınıtənzimləməyə və bir hissəsini ehtiyat kimi toplamağa imkan verir.Avropa İttifaqı üçün də bu layihə xüsusi əhəmiyyət daşıyır. Rusiyailə enerji əməkdaşlığının dayandırılması fonunda Aİ karbonsuzgələcək hədəfinə çatmaq üçün etibarlı bərpa olunan enerjimənbələrinə ciddi ehtiyac duyur. Bu əməkdaşlıq üç ölkə üçün enerjiixracında yeni imkanlar açır, Avropanın ənənəvi təchizatçılardanasılılığını azaldır və Cənubi Qafqazla Mərkəzi Asiyanın qlobalenerji sistemindəki rolunu daha da gücləndirir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən bir digəriTürkmənistanın Azərbaycanla enerji sahəsində əməkdaşlıq potensialıkifayət qədər böyükdür.

"Xüsusilə türkmən qazının Azərbaycan vasitəsilə Avropayatranziti üçün imkanlar mövcuddur. Eyni zamanda, Türkmənistan bərpaolunan enerji sahəsində də əməkdaşlığa qoşula bilər və "yaşılenerji"nin Avropaya ixracını nəzərdə tutan təşəbbüslərdə iştirakedə bilər. Ölkə son illər günəş və külək enerjisi sahəsindəlayihələrə start verib. Lakin bu istiqamətdə hələlik konkretrazılaşmalar və ya addımlar atılmayıb. Buna baxmayaraq, Azərbaycantərəfi bu əməkdaşlıq üçün açıqdır və gələcəkdə tərəflər arasındaenerji dialoqunun genişlənməsi istisna edilmir", - o bildirib.

Azərbaycanın enerji infrastrukturundan danışan politoloqvurğulayıb ki, ölkəmiz son illər nəqliyyat və enerjiinfrastrukturunun inkişafına böyük həcmdə sərmayə yatırıb.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yenilənib, neft-qazterminallarının gücü artırılıb, dəmir yolu və avtomobil daşımasistemləri optimallaşdırılıb. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhanneft kəməri, Cənub Qaz Dəhlizi (TANAP və TAP),Azərbaycan–Gürcüstan–Rumıniya marşrutu üzrə yeni enerji xətləri,Qara dəniz üzərindən keçəcək sualtı enerji kabelinin inşası planıvə digər böyük layihələr Azərbaycanın bu istiqamətdə daha inkişafetmək niyyətindən olduğunun göstəricisidir. Eyni zamanda,dayanıqlılıq və rəqəmsallaşmaya xüsusi diqqət ayrılır. Avropaİttifaqı Azərbaycanı rəsmi olaraq enerji sahəsində stratejitərəfdaş kimi tanıyır. 2022-ci ildə tərəflər arasında qaztəchizatının 2027-ci ilədək ikiqat artırılması (20 milyard kubmetr)barədə Anlaşma Memorandumu imzalanıb. Azərbaycan, həmçinin, “BlackSea Energy” layihəsi çərçivəsində alternativ və “yaşıl enerji”ninəsas nəqli qovşağı hesab olunur. Aİ bu infrastrukturun inkişafını“Team Europe” və “Global Gateway” proqramları çərçivəsində texnikivə maliyyə dəstəyi ilə təşviq edir", - o bildirib.

Azərbaycanın tranzit sahəsində roluna toxunan A.Qarayev qeydedib ki, Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələriAzərbaycanda yalnız tranzit ortağı deyil, həm də regional stratejimüttəfiq görürlər.

"Azərbaycan siyasi sabitlik, Avropa bazarlarına çıxış, neytralmövqe və yüksək keyfiyyətli infrastruktur təklif edir. Eynizamanda, Türk Dövlətləri Təşkilatı və ŞƏT çərçivəsində Bakı regionölkələri ilə koordinasiyasını dərinləşdirir. 2030-cu ilə qədərAzərbaycanın enerji infrastrukturunun keçid qabiliyyəti 30–40%artaraq, yeni limanlar, terminallar və dəhlizlərin hesabınagenişlənə bilər. Bu fonda Türkmənistanın neft və qaz tranzitinəqoşulması, Mərkəzi Asiyadan Aİ-yə bərpa olunan enerji ixracı üçündəhlizin qurulması, Azərbaycanın hidrogen enerjisi layihələrindəiştirakı reallaşa bilər. Nəticə olaraq, Azərbaycan getdikcə dahainamla Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunuoynayır. Onun sabitliyi, infrastruktur imkanları və diplomatikfəallığı ölkəni Avrasiya məkanında əsas tranzit və enerji mərkəzinəçevirir. Avropanın enerji daşıyıcılarına artan tələbatı və MərkəziAsiya ölkələrinin marşrutların diversifikasiyası cəhdləri fonundaAzərbaycanın rolu yaxın illərdə daha da güclənəcək. Bakı ŞərqləQərb arasında etibarlı tərəfdaş və strateji əlaqə nöqtəsi olaraqönəmini artıracaq", - A.Qarayev əlavə edib.

Seçilən
28
2
az.trend.az

3Mənbələr