AZ

İrəvandakı 2020 iğtişaşlarına görə daha 7 nəfərə ittiham irəli sürülüb

Ermənistanda 2020-ci ilin noyabrında baş verən iğtişaşlarla bağlı istintaq davam edir.

Bakues.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.

Yerli mətbuatın yazdığına görə, daha 7 nəfərə qarşı ittiham irəli sürülüb. Onlar hökumət və parlament binalarına, eləcə də baş nazirin iqamətgahına daxil olaraq iğtişaş törətməkdə və oğurluqda şübhəli bilinirlər.

Bildirilib ki, şübhəlilər arasında qızıl-zinət əşyaları, pul və rəsmi sənədlər oğurlayanlar da var.

Məlumata görə, şəxslərin barəsində ittiham aktı təsdiqlənməsi üçün prokurora göndərilib, həmin şəxslərin ölkədən çıxışına qadağa qoyulub və onlar məhkəməyə qədər nəzarət altına alınıblar.

Seçilən
35
icma.az

1Mənbələr