AZ

Emin Ağalarovdan yeni açıqlama: Avropanın ən böyük kazinosu...

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Bakı yaxınlığındakı Nardaran ərazisində yerləşən “Sea Breeze” şəhərciyində Avropanın ən böyük kazinosu inşa olunacaq.

Ağalarov bu barədə özünün rəsmi “Instagram” səhifəsində paylaşım edərək bildirib: Sezar pizza

“Bu sahədə böyük planlarımız var. Sizinlə vizualizasiyalarımızı və qlobal ideyalarımızı bölüşürəm. Layihəni reallaşdırmaq üçün bütün razılaşdırma və icazə mərhələlərinin tamamlanmasını gözləyirik”.

Müğənni eyni zamanda 90.000 kvadratmetrlik sahəni əhatə edəcək kazino layihəsinin ilkin maketini və vizual təqdimatını da izləyiciləri ilə paylaşıb. Kadrlarda klassik Avropa memarlığı üslubunda hazırlanan nəhəng kompleksin görüntüləri əks olunub.

Layihə başa çatdıqdan sonra “Sea Breeze” yalnız kurort və istirahət mərkəzi deyil, həm də regionun əsas əyləncə və oyun biznesi mərkəzinə çevrilə bilər.

Xatırladaq ki, Emin Ağalarov son illər ərzində “Sea Breeze” brendi altında Nardaranda genişmiqyaslı şəhərcik və istirahət mərkəzi inşa etdirir. Yeni kazino layihəsi isə bu konsepsiyanın daha da genişləndirilməsi baxımından növbəti böyük addım kimi qiymətləndirilir.


Telegram kanalımız
Seçilən
38
11
yenisabah.az

10Mənbələr