AZ

Barış Arduç ayrılıq iddialarına romantik paylaşımı ilə cavab verdi

Barış Arduç ayrılıq iddialarına romantik paylaşımı ilə cavab verdiSon günlərdə aktyor Barış Arduç və həyat yoldaşı Gupse Özay haqqında ortaya atılan iddialar gündəmdə qalmağa davam edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur aktyorun həm "Rüzgara Bırak", həm də "Aşkı Hatırla" filmlərində Hande Erçel ilə ardıcıl olaraq yaxın səhnələrdə rol alması cütlük arasında problem yarandığı barədə söz-söhbətləri gücləndirmişdi. Galaya qatılmayan Gupse Özayın səssizliyi də diqqət çəkmişdi.

Lakin Barış Arduç bu iddialara sosial media vasitəsilə romantik şəkildə cavab verib. Aktyor, həyat yoldaşının doğum gününü birlikdə çəkildikləri xüsusi fotolarla qeyd edib. Paylaşımda fon musiqisi kimi Elvis Presleynin məşhur "Can’t Help Falling in Love with You" mahnısının seçilməsi izləyicilərin diqqətini çəkib.

Beləliklə, Arduçun paylaşımı cütlük arasında ayrılıq yaşandığı barədəki şayiələri təkzib etmiş olub.

Seçilən
20
sonxeber.az

1Mənbələr