AZ

Laos prezidenti Putinə iki fil HƏDİYYƏ ETDİ – VİDEO

Laos prezidenti Sisulit Putinə iki fil hədiyyə edib.

İnterpress.az xəbər verir ki, bunu Kremldə Rusiya lideri Vladimir Putinlə görüşü zamanı respublika prezidenti Tonqloun Sisulit deyib.

Laos dövlətlər arasında diplomatik əlaqələrin 65 illiyi şərəfinə Rusiyaya “cüt fil” hədiyyə etmək istəyir.

“Laos hökuməti və Laos xalqı sizə, Rusiya Federasiyasına bir cüt fil hədiyyə etmək istəyir”, – Sisulit deyib.

“Onlar fermada faydalı olacaqlar”, – Putin bildirib.

Sisulit əlavə edib: “Bəli, bu fillər Sankt-Peterburq Zooparkında, mənim oxuduğum şəhərdə olacaq”.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
64
9
interpress.az

10Mənbələr