AZ

Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

Bakı. Trend:

Bu ilin ilk 6 ayında məişət zorakılığı ilə bağlı edilənmüraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isə regionlarınpayına düşür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinəməişət zorakılığı ilə bağlı 241 müraciət daxil olub, 40 mühafizəorderi verilib.

"Daxil olan müraciətlərdə fiziki zorakılıq üzrə şikayətlərüstünlük təşkil edib və şikayət edənlər zorakılığın bir neçə növünəməruz qalıb. Belə ki, müraciət edənlərin əksəriyyəti əri (160),yaxın qohumu (165) və keçmiş əri (37) tərəfindən zorakılığa məruzqalıb. Zorakılıq törədənlərin 233 nəfəri kişi, 91 nəfəri isəqadındır. Zorakılığa məruz qalanların isə 232 nəfəri qadın, 30nəfəri kişi, 181 nəfəri isə uşaqlardır. Məişət zorakılığı ilə bağlıedilən müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isəregionların payına düşür. Zorakılıq hallarının 172-si fiziki, 53-üpsixoloji, 11-i iqtisadi, 5-i isə cinsi zorakılıqdır", - deyə əlavəedilib.

Məişət zorakılığının qarşısının alınması istiqamətindəhansı işlər görülüb?

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Trend-ə bildiribki, məişət zorakılığının qarşısını almaq üçün dövlət bir sırahüquqi, sosial və profilaktik tədbirlər həyata keçirir:

"Belə ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınmasıhaqqında” Qanun qəbul olunub. Bu qanun zorakılığın qarşısını almaq,zərərçəkənləri qorumaq və hüquqi mexanizmlər yaratmaq məqsədidaşıyır. Eyni zamanda, dövlət və qeyri-hökumət təşkilatlarıtərəfindən məişət zorakılığı ilə bağlı mütəmadi olaraqmaarifləndirmə tədbirləri həyata keçirilir.

Məktəblərdə, icmalarda və mediada zorakılığın fəsadları barədətəbliğat işləri aparılır. Əlavə olaraq, dövlət ailə dəyərlərininmöhkəmləndirilməsi, gender bərabərliyi və sosial rifahınartırılması istiqamətində də işlər görür ki, bu da zorakılıqhallarının azalmasına öz töhfəsini verir".

Teymur Mərdanoğlunun sözlərinə görə, məişət zorakılığı törədənşəxsin məsuliyyətə cəlb olunması Azərbaycan Respublikasınınqanunvericiliyinə əsasən həyata keçirilir və bu, zorakılığın növüvə ağırlıq dərəcəsindən asılıdır.

"Müraciət və faktın qeydə alınması zamanı zərərçəkən şəxs Daxiliİşlər Nazirliyinə (polisə), Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinə, rayon icra hakimiyyətinə və ya sığınacaqlaramüraciət edir. Dərhal fakt araşdırılır, zorakılığı törədən və yazorakılığa məruz qalan aidiyyəti quruma dəvət olunur, fakttəsdiqini taparsa, yerli icra hakimiyyəti tərəfindən mühafizəorderi verilir. Daha sonra digər zəruri tədbirlər həyatakeçirilir", - deyə o əlavə edib.

Seçilən
39
1
az.trend.az

2Mənbələr