AZ

Naxçıvanda "İsmayıl Xan hamamı" bərpa ediləcək

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələrin icrası üzrə işlər davam etdirilir.

Finss.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi olan "İsmayıl Xan hamamı" bərpa ediləcək.

Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Nazirlik tərəfindən elan olunmuş satınalma yekunlaşıb.

Layihə-smeta sənədlərinin hazırlanması qalib şirkət olan "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə tapşırılıb.

Qeyd edək ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulur.

Seçilən
41
9
fins.az

10Mənbələr