Zaqatalada maşın piyadanı vuraraq öldürüb.SİA-nın məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, avtomobil 1966-cı il təvəllüdlü Muğanlı kənd sakini Südabə Mürsəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Piyadanı vuran avtomobilin hadisə yerindən yayındığı bildirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.