AZ

Təhlükəli canlı sahilə çıxdı – çimərliklər bağlandı

Fransanın cənub-qərb sahillərində təhlükəli dəniz canlısı – Portuqal hərbi gəmisi (Physalia physalis) olaraq tanınan zəhərli orqanizm çimərliklərdə qorxu yaradıb. Bask və Landes bölgələrində onlarca çimərlik bağlanıb, dənizə girmək qadağan edilib.

News24.az xəbər verir ki, bu canlı hər nə qədər meduzanı xatırlatsa da, əslində müxtəlif orqanizmlərin birgə yaşadığı koloniyadır. 10-30 metrə çatan dokunaçlarında insanlara zərər verə biləcək dərəcədə güclü zəhər daşıyır və balıqları dərhal öldürə bilir. Onun mavi, bənövşəyi və ya çəhrayı şişkin “baş” hissəsi suyun səthində üzür və küləklə hərəkət edir.

Rəsmilər və sahil mühafizə xidmətləri əhalini ehtiyatlı olmağa çağırır və zəhərlənmə riski səbəbilə dənizə yaxınlaşmamağı tövsiyə edir.

Xeyrənsə Piriyeva

Seçilən
26
news24.az

1Mənbələr