AZ

Konsertdə hamını təşvişə salan TƏHLÜKƏ

Dünyanın ən böyük metal musiqi festivalı olan Wacken Open Air, Almaniyada güclü fırtına səbəbilə gecə saatlarında təxliyə xəbərdarlığı ilə sarsılıb. Minlərlə iştirakçıya "həyati təhlükə" xəbərdarlığı edilib və kamp ərazisinin boşaldılması istənilib.

News24.az xəbər verir ki, festivalda çıxış etməyə hazırlaşan əfsanəvi Guns N' Roses qrupunun konserti Wacken tarixində ən uzun səhnə performansı ola bilər. 3,5 saat davam edəcək bu konsertin, texniki problemlər və hava şəraiti səbəbilə gecikə biləcəyi də istisna olunmur.

Alman Meteoroloji Xidməti bölgədə “süper hüceyrə” adlandırılan güclü fırtına səbəbilə rəsmi fövqəladə hava xəbərdarlığı yayıb. Festival iştirakçıları yağış və palçığa öyrəşsə də, bu ilki şərtlər gözləniləndən də ağır başlayıb. Bütün çətinliklərə baxmayaraq, musiqi həvəskarları əhval-ruhiyyələrini itirmir.

 Xeyrənsə Piriyeva

Seçilən
16
news24.az

1Mənbələr