AZ

Avropa qorxuda: Tramp Putinə elə saziş təklif edəcək ki...

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı AB-nin Rusiyaya qarşı qurduğu iqtisadi səddi aşması üçün Moskvaya böyük iqtisadi razılaşma təklif edə bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın təşəbbüsü avropalı diplomatlar arasında təşviş yaradıb:

“Onlar qorxurlar ki, hərbi əməliyyatlara son qoymaq müqabilində ABŞ Rusiyaya nəhəng iqtisadi sövdələşmələr və Moskvaya qarşı sanksiya təzyiqlərini əhəmiyyətli dərəcədə yumşaldacaq güzəştlər təklif edə bilər. ABŞ-ın neft və qaz sənayesi rəsmiləri bu cür addımların ölkənin enerji sektoruna, xüsusən də LNG ixracının artımına ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq ediblər”.

Seçilən
20
3
sitat.info

4Mənbələr