AZ

Çində 3 yaşlı uşaq 18-ci mərtəbədən yıxılıb, sağ qalıb

Çinin cənub-şərqində yerləşən Hançjou şəhərində üç yaşlı oğlan uşağı 18-ci mərtəbədən yıxılsa da, sağ qalıb. Uşağın yerə düşməsi zamanı binanın qarşısında bitən ağac onun həyatını xilas edib.

Ölkə.Az South China Morning Post-a istinadən xəbər verir ki, hadisə iyulun 15-də baş verib, lakin bu barədə məlumat indi yayılıb. Valideynləri uşağı babası və nənəsinin himayəsinə verərək qısa müddətə evdən çıxıblar. Onlar uşağın yatdığını düşündükləri üçün mənzilin qapısını bağlayıblar. Lakin uşaq oyanaraq vanna otağına keçib və oradakı pəncərədən yıxılıb.

Uşağı yerdə yerli sakin taparaq təcili yardım çağırıb. Həkimlər onun sol qolunda sınıq və bədəndə müxtəlif xəsarətlər olduğunu müəyyən etsələr də, başı zədələnməyib. Hazırda uşağın vəziyyəti yaxşıdır və sağalır.

Hadisədən sonra uşağın atası həyatını xilas edən ağacın gövdəsinə böyük qırmızı gül bağlayıb. Bu, Çində şərəf və sevinci simvolizə edən ənənəvi işarədir.

Seçilən
11
olke.az

1Mənbələr