Ajans.az xəbər verir ki, Baltik dənizi NATO-nun fəaliyyəti nəticəsində sabit bir bölgədən hərbi-siyasi qeyri-sabitlik zonasına çevrilir. Bu barədə Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev RİA Novosti-yə açıqlamasında bildirib. “NATO ölkələrinin səyləri nəticəsində Baltik dənizi bir vaxtlar sakit olan bölgədən hərbi-siyasi qeyri-sabitlik zonasına çevrilir. ‘Şimal axınları’nın partladılması Qərbin hətta terror aktları həyata keçirməyə hazır olduğunu göstərir,” – deyə Patruşev qeyd edib. O, əlavə edib ki, NATO ölkələri beynəlxalq dəniz hüququ normalarını yenidən nəzərdən keçirməyə çalışırlar ki, bu da guya bəhanələrlə rus gəmilərinin Danimarka boğazlarından keçidini nəzarət altına almağa və onların Baltik dənizində hərəkətini məhdudlaşdırmağa yönəlib. Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş bəyan etmişdi ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasından sonra Baltik dənizi alyansın “daxili dənizinə” çevrilib. 16 iyunda isə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyanat yayaraq Ukrayna və Böyük Britaniyanı Baltik dənizində təxribatlar hazırlamaqda ittiham etmişdi.