AZ

“Kuruluş Osman” serialında yeni dövr: Orxan bəyi o canlandıracaq

ATV-nin fenomen serialı “Kuruluş Osman” yeni – 7-ci mövsümə böyük dəyişikliklərlə qədəm qoyur.

Hurriyyet.az xəbər verir ki, baş rol ifaçısı Burak Özçivitin serialdan ayrılması ilə sarsılan layihə yeni dövrdə hekayəsini Osman bəyin oğlu Orxan bəy üzərində qurmağa qərar verib.

Bu rola isə son illərin parlayan aktyorlarından biri – Mert Yazıcıoğlu seçilib.

Kuruluş

2019-cu ildən etibarən Osman bəy rolunda çıxış edən Burak Özçivitin prodüser şirkəti ilə hər bölüm üçün 4 milyon TL qonorar məsələsində razılaşa bilməməsi səbəbilə müqaviləsi sonlandırılıb. Onun yerinə Osman bəy obrazının yaşlı versiyasını aktyor Cihan Ünal canlandıracaq.

Muhtesem

Serialın istehsalçısı Bozdağ Film, yeni mövsümdə Osmanlı dövlətinin institutlaşma dövrünü əks etdirmək üçün zaman sıçrayışı edəcəyini açıqlayıb. Bu dəyişiklik həm hekayənin axarına, həm də aktyor heyətinə ciddi yenilənmə gətirib. Serialın yeni baş qəhrəmanı – Orxan bəy rolunu canlandıracaq ad Mert Yazıcıoğlu olub. O, ötən mövsüm "Kızıl Goncalar" serialındakı performansı ilə geniş auditoriyanın diqqətini cəlb etmişdi.

Kuruluş

Yeni dövrə keçidlə bağlı olaraq bəzi obrazlar da dəyişir. Bunlardan biri də Fatma Hatun obrazıdır. 17 yaşlı aktrisa Leya Kırşan bu obrazla vidalaşıb. Yeni mövsümdə zaman atlanışına uyğun olaraq Fatma Hatun xarakteri daha yaşlı aktrisa tərəfindən canlandırılacaq.

“Kuruluş Osman” serialının yeni mövsümündə fokus Orxan bəyin gəncliyi, dövlət idarəçiliyinə ilk addımları və Osmanlının formalaşma mərhələsinə yönələcək. Serialın istehsalçısı Bozdağ Film bu dəyişikliklərin tamaşaçılar üçün yeni bir nəfəs olacağını bildirib. Yeni aktyor heyəti və tarixi dövrlə serialda əhəmiyyətli dönüş nöqtəsi gözlənilir.

Musavat.com

Seçilən
114
hurriyyet.az

1Mənbələr