AZ

Metanol ixracından gəlirlər 53 milyon manatı keçdi

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 53,3 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.

FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən bildirilir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 milyon dollar və ya 16,1% çoxdur. 2024-cü ilin ilk altı ayında Azərbaycandan 45,9 milyon dollar dəyərində metanol ixrac edilmişdi.


Seçilən
26
fed.az

1Mənbələr