AZ

Tramp: "HƏMAS təslim olmalıdır"

Bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün "Truth" hesabındayazıb.O diqqətə çatdırıb ki, ancaq belə bir şəraitdə Qəzzada aclıq və böhran qurtara bilər.

Yeri gəlmişkən, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof bu gün İsrailə səfərə gedib. Onun yazın saatlarda Baş nazir Benyamin Netanyahu ilə görüşməsi, Qəzza zolağında HƏMAS terror təşkilatı ilə müharibənin həlli istiqamətində danışıqların cari vəziyyəti ilə əlaqədar müzakirələr aparması nəzərdə tutulur.
Vitkof Netanyahu ilə görüşəcək | YENİLƏNİB

Stiv Vitkofun səfəri bir sıra ölkənin, o cümlədən Kanada və Britaniyanın Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı qərarları fonunda baş verir. Belə ki, ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, belə bir addım iranyönümlü HƏMAS terror təşkilatını "mükafatlandırmaq" deməkdir. İstisna deyil ki, Vitkof keçirəcəyi görüşlərdə bu məsələyə də toxunacaq

Firudin Həmidli
AzVision.az
Seçilən
4
azvision.az

1Mənbələr