Zaqatalada avtomobillə 59 yaşlı qadını vurub hadəsə yerindən yayınan sürücü saxlanılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Südabə Mürsəliyevanı avtomobillə vurub öldürərək hadisə yerindən qaşan sürcünün Muxax kənd sakini 1958-ci il təvəllüdlü Fikrət Ramazanov olduğu müəyyən edilib. Onun idarə etdiyi avtomobilin isə "VAZ -2106” markalı avtomobil olduğu bildirilir.
***
14.53
Zaqatalada maşın piyadanı vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, avtomobil 1966-cı il təvəllüdlü Muğanlı kənd sakini Südabə Mürsəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Piyadanı vuran avtomobilin hadisə yerindən yayındığı bildirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

