AZ

"Tottenhem" "Bavariya"nın futbolçusunu istəyir

"Bavariya"nın yarımmüdafiəçisi Joao Palinya karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, "Tottenhem" klubu portuqaliyalı futbolçunu icarəyə götürmək istəyir. London klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

"Bavariya" isə futbolçunu satmağı planlaşdırır, lakin "Tottenhem"  bu variantı nəzərdən keçirmir və icarəni daha əlverişli hesab edir.

30 yaşlı futbolçu ötən il "Fulhem"dən 51 milyon avro qarşılığında Münhen klubuna transfer olunub.

Palinya "Bavariya"da 25 oyunda iştirak edib.

Hazırda klublar arasında danışıqlar davam edir. Palinyanın bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
20
90deqiqe.az

1Mənbələr