AZ

Xərçəng riskini 41 faiz artırdığı ortaya çıxıb

Yeni bir araşdırma, həddindən artıq emal olunmuş qidaların xərçəng riskini 41 faiz artırdığını göstərib. Ən çox istehlak edilən bu qidalar arasında sosiska, hamburger, qazlı içkilər, qablaşdırılmış çörək və şirin qəlyanaltılar yer alır.

Sherg.az xəbər veir ki, 100 mindən çox amerikalının iştirak etdiyi və təxminən 10 il davam edən səs-küylü araşdırmada iştirakçıların orta yaşı 63 idi. Bu müddət ərzində təxminən 2 min nəfərdə ağciyər xərçəngi aşkarlanıb. Həddindən artıq emal olunmuş qidaları ən çox istehlak edən insanlarda, bu qidaları ən az yeyənlərlə müqayisədə ağciyər xərçənginə tutulma riski 41 faiz daha çox olub.


Bir çox sənayevi emaldan keçən və müxtəlif qatqı maddələri ehtiva edən məhsullar “həddindən artıq emal olunmuş qida” kateqoriyasına daxildir. Bu məhsullara konservantlar, emulqatorlar, süni dadlandırıcılar və rəngləndiricilər daxildir. Bu qatqı maddələri məhsulun raf ömrünü artırmaq, dad və toxumasını yaxşılaşdırmaq məqsədilə istifadə olunur.

Ən çox istehlak edilən həddindən artıq emal olunmuş qidalar arasında sosiska, hamburger, qazlı içkilər, paketlənmiş çörəklər və şirin qəlyanaltılar yer alır. Bundan başqa, market sendviçləri, tez hazırlanabilən əriştələr (instant noodle), çipslər, səhər yeməyi üçün taxıl məhsulları və dondurmalar da bu qrupa daxildir.

Çin Xonqçinq Universitetindən Dr. Kanran Vanq bildirib:
 
“Fərqli icmalar və şərtlərlə bağlı daha çox araşdırmaya ehtiyac olsa da, bu nəticələr göstərir ki, həddindən artıq emal olunmuş qida istehlakının azaldılması sağlamlıq baxımından faydalıdır”. 


Araşdırma göstərib ki, İngiltərə əhalisi ABŞ-dən sonra dünyada ən çox həddindən artıq emal olunmuş qida istehlak edən ölkədir. Bu məhsulların Böyük Britaniyada orta statistik şəxsin gündəlik qida rasionunun yarıdan çoxunu təşkil etdiyi təxmin edilir. Lakin bir çox insan bu kateqoriyaya daxil olan qidaların nələri əhatə etdiyini dəqiq bilmir.

 
Araşdırmaya görə, iştirakçılar gündə orta hesabla 3 porsiyaya yaxın UPF (ultra-processed food – həddindən artıq emal olunmuş qida) istehlak edir. Bəzi şəxslərdə bu göstərici gündə 6 porsiyaya qədər çıxır.


Tədqiqatçılar qeyd edib ki, nəticələr siqaret istifadəsi kimi dəyişənlərə uyğunlaşdırılıb, lakin siqaret çəkmə sıxlığı nəzərə alınmayıb. Bu araşdırma müşahidə xarakterli olduğu üçün nəticələrə əsasən birbaşa səbəb-nəticə əlaqəsi qurmaq mümkün deyil. Araşdırmanın nəticələri “Thorax” adlı elmi jurnalda dərc olunub.



Seçilən
27
sherg.az

1Mənbələr