
ABŞ İrana vurduğu ziyanı kompensasiya etməlidir. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı "Financial Times" qəzetinə verdiyi müsahibəsində bildirib.“Onlar izah etməlidirlər ki, niyə məhz danışıqların qızğın vaxtında bizə hücum etdilər və gələcək danışıqlar zamanı bu cür addımların təkrarlanmayacağına zəmanət verməlidirlər. Həmçinin, İrana vurduqları ziyanı kompensasiya etməlidirlər,” – deyə Araqçı vurğulayıb.Nazirin sözlərinə görə, danışıqlar masasına dönüş üçün yol dar olsa da, tamamilə mümkünsüz deyil. O əlavə edib ki, İran tərəfini inandırmaq üçün ABŞ qarşılıqlı faydalı razılaşmaya hazır olduğunu açıq şəkildə nümayiş etdirməlidir.Araqçı həmçinin qeyd edib ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff onu bu imkanın reallığına inandırmağa çalışıb və danışıqların bərpasını təklif edib.Ulusum.az
Diqqət Çəkənlər
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp strategiyasına özü də inanmır: Rusiya sanksiyalarına dair şübhə