AZ

Yay düşərgəsində zəhərlənmə şübhəsi: 76 yaşlı kişi saxlanılıb

Böyük Britaniyanın Lesterşir qraflığında keçirilən yay düşərgəsində zəhərlənmə hadisəsi ilə bağlı 76 yaşlı bir kişi saxlanılıb.

AzPost xəbər verir ki, polis onun uşaqlara zəhərli maddə verdiyindən şübhələnir.

Hadisə nəticəsində səkkiz uşaq təhlükəsizlik məqsədilə xəstəxanaya yerləşdirilib. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilməsə də, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Polis insidentin başvermə səbəblərini araşdırır və zəhərin hansı yolla verildiyini müəyyən etməyə çalışır. Hazırda hadisə yerində ekspertiza işləri aparılır və düşərgənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

AzPost.az

Seçilən
43
azpost.info

1Mənbələr