
Senator Lindsi Qrem (Cənubi Karolinadan olan respublikaçı) ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft və qaz alan ölkələrə rüsum tətbiq etmək niyyətini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında bildirib.
“Görünür, siz (Rusiya nəzərdə tutulur) başa düşmürsünüz ki, prezident Tramp oyun qaydalarını dəyişir və sizin neft və qazınızı alan ölkələrə tariflər tətbiq etmək niyyətindədir”, - Qrem qeyd edib.
Onun sözlərinə görə, “ikipartiyalı əhəmiyyətli əksəriyyət” bu işdə prezidentə kömək etməyə hazırdır.
Qeyd edək ki, iyulun 14-də Tramp bildirib ki, Vaşinqton və Moskva 50 gün ərzində Ukraynada nizamlanma üzrə razılığa gələ bilməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcək.