ABŞ prezidenti Fələstin dövlətinin tanınmasına qarşı çıxış edib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın fikrincə, Fələstinin dövlət kimi tanınması radikal islamçı HƏMAS təşkilatı üçün “mükafat” sayılacaq. Ağ Evin nümayəndəsi bildirib ki, bu təşkilat mükafatlandırılmamalıdır.
Prezident Trampın sözlərinə görə, o, HƏMAS-ı “mükafatlandırmaq” niyyətində deyil və diqqətini Qəzza əhalisinin ərzaqla təmin olunmasına yönəldib.
Qeyd edək ki, Kanada, Fransa və Böyük Britaniya artıq Fələstin dövlətinin tanınmasını dəstəkləyiblər. Digər tərəfdən, məsələn, Almaniya bu ideyaya qarşı çıxır.
Poliqon.info