AZ

Elektrik enerjisi ixracından gəlirlər 25% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlir azalıb. Hesabat dövründə xaricə 38,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi satılıb.

FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda məlumat verilir.

Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 milyon dollar və ya 24,5% azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk altı ayında 51,1 milyon dollarlıq elektrik enerjisi ixrac edilmişdi.

Seçilən
21
fed.az

1Mənbələr