AZ

Böyümə çağında düzgün qidalanmanın əhəmiyyəti

Böyümə çağında olan uşaqların balanslı və düzgün qidalanması onların fiziki və zehni inkişafı üçün həyati əhəmiyyət daşıyır.

 

Pravda.az bildirir ki, bu dövrdə uşaqlar daha çox enerji sərf etdikləri üçün vitamin, mineral və əsas qida maddələrini kifayət qədər qəbul etməlidirlər.

 

Uşaqlarda qidalanma vərdişlərinin formalaşmasında valideynlərin rolu mühümdür. Ailədə sağlam qidalanma və düzgün yaşam tərzi nümunə göstərilməlidir.

 

Uşaqların diqqətini yeməyə yönəltmək, yeməyi oyun şəklində təqdim etmək, ailə ilə birlikdə yemək saatlarının təşkili və sağlam atışdırmalıq alternativlərinin təklif olunması, düzgün qidalanma üçün əsas amillərdir.

 

Səhər yeməyi xüsusilə önəmlidir, çünki gecə ərzində enerji ehtiyatı tükənir. Ara yeməklər də enerji ehtiyacını qarşılamada vacib rol oynayır. Müvafiq yanaşma ilə uşaqların sağlam inkişafı təmin edilə bilər.

 

Əminə Bayramova

Tarix: 31 İyul 2025, 16:42   
Seçilən
44
1
pravda.az

2Mənbələr