AZ

Füzulidə ağır qəza: 2 yaralı var

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "HOVO" markalı yük maşını ilə evakuator toqquşub.

Hadisə nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Xəsarət alan Rəhmanlı Aqil və Abbasov Şəmsəddin Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
32
1
bizim.media

2Mənbələr